Mingəçevir Dövlət Universitetində yarım milyonluq təmir - Ətir satan şirkət...
Mingəçevir Dövlət Universiteti "Lider-Line” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, şirkət universitetin inzibati binasının 1-ci korpusunun cari təmiri və abadlaşdırma işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib. Təmir və abadlıq işlərinə görə şirkətə 525 878,21 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin dövlət reyestrində yer alan məlumatlara görə, "Lider-Line” MMC 20 aprel 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət fəaliyyətə "Lider-NN” MMC adı ilə başlasa da, sonradan adı dəyişdirilib.
Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Mingəçevir şəhəri, Bağlar massivi, 11-ci baş küçəsi, ev 28 kimi göstərilib. MMC-nin qanuni təmsilçisi Əsgərov Namizəd Şahmar oğludur. Açıq mənbələrdə Namizəd Əsgərov barədə məlumatlar məhduddur.
"Lider-Line” MMC-yə gəlincə, mediada yayılan məlumatlara əsasən, şirkət ətir satışı ilə məşğul olur. Dövlət satınalmalarının vahid internet portalında aparılan araşdırmaya görə, ətir satışı ilə məşğul olduğu qeyd edilən bu şirkət 2025–2026-cı illərdə 8 tenderin qalibi seçilib. Həmin tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 838 754,51 manat təşkil edir.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



