Interposta.Info

Tramp-Kim Çen In görüşü ilə bağlı şərt irəli sürüldü

Dünya
 12-02-2020, 17:59     360

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə daha bir görüş keçirməyə hazırdır, amma amerikalıların şərti var.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen Vaşinqtonda Atlantik Şurasında bildirib.

Onun sözlərinə görə, KXDR liderinin Sinqapurda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə başlayacağı təqdirdə danışıqların davam etməsi mümkündür.

“Amma hazırda Tramp və Kim Çen In arasında yeni sammit üçün planlar yoxdur”, - müşavir əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26