Interposta.Info

Tramp və Kim Çen In arasında görüş keçirilir

Siyasət
 28-02-2019, 09:05     10 386

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya prezidenti Kim Çen In arasında baş tutan sammitin ikinci günündə iki lider təkbətək görüş keçirib.

Vyetnamın paytaxtı Hanoy şəhərində baş tutan görüşdə Tramp və Kim arasındakı səmimi dioloq diqqət çəkib. Tramp Şimali Koreya ilə nüvə anlaşması məsələsində tələsik davranmayacağını bildirib. Tramp qeyd edib ki, Kim nüvə məsələsində müsbət nəticəyə varmaq üçün çaba göstərəcəyinə söz verib.

Kim isə Trampla aralarında keçən danışıqların onu qane etdiyini və bugünkü danışıqların yaxşı nəticələnməsi üçün əlindən gələni edəcəyini qeyd edib.

Təkbətək görüş bitdikdən sonra heyətlərarası görüş başlayıb. Daha sonra ortaq sənədlərin imzalanması gözlənilir.

Bundan başqa, Ağ Evdən verilən məlumata görə, Trampın bugünkü proqramı belədir:

Tramp və Kim yerli vaxtla 14:05-də ortaq imza törəni təşkil edəcək. Saat 15:50-də Tramp mətbuat konfransı keçirərək danışıqlar barədə məlumat verəcək.

Qeyd edək ki, sammit Hanoyun "Metropol" otelində keçirilir./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26