Interposta.Info

“Tramp dünyaya fəlakət gətirəcək” - Məşhur alimdən sensasion iddia

Siyasət
 3-07-2017, 19:04     796

ABŞ prezidenti Donald Trampın ölkəsinin Paris iqlim sazişindən çıxması barədə qərarı dünyaya ciddi zərər verəcək

AzVision.az xəbər verir ki, bunu dünyaca məşhur fizik Stefan Havking “BBC”-yə müsahibəsində deyib. Onun sözlərinə görə, bu addım dünyanı Venera kimi isti planetə çevirəcək.

“Trampın qərarı dünyanı 250 dərəcə temperatur olan, sulfat turşusu yağan Veneranın səviyyəsinə gətirib çıxara bilər. İqlim dəyişikliyi qarşılaşdığımız ən böyük təhlükələrdən biridir. Əgər indi müvafiq addımlar atılmasa, gələcək sual altında qalacaq. Tramp son qərarı ilə gözəl planetimizi qarşısı alınmaz ekoloji fəlakətə sürükləyəcək. Bunula da bizim və uşaqlarımızın həyatı təhlükə altında qalacaq”- məşhur fizik deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26