Bakıda bu villalar, ərazilər su altında qalacaq -
Xəzərdə suyun səviyyəsinin qalxması nəticəsində Azərbaycanın Aran zonasının bir hissəsi su altında qalacaq.
Bunu Axar.az-a aşıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov Xəzərdə suyun qalxması xəbərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, sahilboyu hardasa 50-100 kilometrə qədər ərazi suyun altında qala bilər:
"Mən bunu hələ 7 il qabaq demişdim. Xəzərin səviyyəsi 2040-cı ilə kimi yox, 2030-cu ilə kimi 2 metrə qədər qalxacaq. Xəzəryanı sahillərdə tikilən hündürmərtəbəli binalar, villalar suyun altında qalacaq. Mən qışın sərt keçəcəyini də söyləmişdim. İndi Bakıda 13-14 dərəcə istidir. Hərçənd ki, 40-50 il bundan qabaq oktyabrda hardasa 25-26 dərəcə olurdu. Bunlar iqlim dəyişikliyinin nəticəsidir. Hazırda yağışlar yağır, dağlara qar tökülür. Bu da qışın sərt keçəcəyinin xəbərdarlığıdır".
Qeyd edək ki, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri İsa Əliyev 2040-cı ilə kimi Xəzərin səviyyəsinin 3 metrədək qalxacağının proqnozlaşdırıldığını deyib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26