Interposta.Info

Tramp yenə dünyanı məyus etdi

Dünya
 8-07-2017, 19:53     1 738

Almaniyanın Hamburq şəhərində keçirilən "Böyük 20-lik" ölkələrinin sammiti bu gün başa çatır.

Qaynarinfo istinadən xəbər verir ki, əsas müzakirə mövzuları miqrant problemi, terrorla mübarizə, iqtisadi inkişaf, Şimali Koreyanın raket sınaqları, iqlim dəyişikliyi olan zirvə görüşündə bir çox məsələlərdə razılığın əldə edildiyi bildirilir. Lakin iqlim dəyişikliyi məsələsində hələ də fikir ayrılıqları mövcuddur. Avropa İttifaqından verilən açıqlamaya görə ABŞ prezidenti Donald Trampın imtina etdiyi iqlim dəyişikliyi ilə bağlı Paris razılaşması hələ də müzakirə mövzusudur.

Almaniya kansleri Angela Merkel 19 ölkə və Avropa İttifaqının iştirak etdiyi görüşlərin çox çətin keçdiyini deyib.

Qeyd edək ki, sammitdə Donald Tramp və Rusiya prezidenti Vladimir Putin ilk dəfə görüşüb və Suriyanın cənub-qərbində atəşkəs barədə razılığa gəliblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26