Interposta.Info

Putin və Tramp arasında ilk görüş başa çatdı -

Dünya
 7-07-2017, 22:12     677

Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ikitərəfli görüş başa çatıb.
interposta.info bildirir ki, Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, danışıqlar 2 saat 15 dəqiqə davam edib. Bu, iki dövlət başçısı arasında keçirilən ilk görüş olub. Bundan əvvəl onlar yalnız telefonla danışıb.
Mətbuata qapalı şəraitdə baş tutan görüşdə ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edib.
***
Almaniyanın Hamburq şəhərində keçirilən G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp arasında birinci şəxsi görüş başlanıb.
***
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında ilk üzbəüz görüş baş tutub.
Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, liderlər G20 sammitinin kuliarlarında bir-birinin əllərini sıxıblar.
“Onlar bir-birinin əllərini sıxdılar və bir-birinə dedilər ki, tezliklə ayrı görüş keçirəcəklər”, - Peskov deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26