Interposta.Info

Ağ Ev və Kremldən prezidentlərin görüşü ilə bağlı AÇIQLAMA

Siyasət
 2-12-2018, 01:13     502

Putinlə Tramp G-20 sammiti çərçivəsində ayaqüstü görüşdülər

ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Putin Argentinada G-20 çərçivəsində qeyri-rəsmi görüşüblər.

İnterPosta.info xəbər verir ki, musavat.com-un habertürk-ə istinadən verdiyi məlumata görə, bu barədə yayılan xəbərləri Ağ Ev sözçüsü Sara Sanders təsdiqləyib.

Ağ Ev sözçüsü bildirib ki, Donald Tramp və Amerikanın birinci xanımı Melaniya Tramp bir çox dünya liderləri, o cümlədən Putinlə qeyri-rəsmi olaraq görüşüblər.

Bundan başqa Kreml sözçüsü Dmitri Peskov da baş tutmuş bu qeyri-rəsmi görüş haqda mətbuata açıqlama verib.

"Putin və Tramp arasında G-20 sammiti çərçivəsində qısa görüş oldu" - deyə Peskov bildirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında yaşanan Kerç böhranı səbəbindən ABŞ prezidenti Donald Tramp Putinlə ikitərəfli görüşünü ləğv etmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26