Interposta.Info

Tramp Putinlə zarafatlaşdı: “Xahiş edirəm, seçkilərə qarışmayın”

Dünya
 28-06-2019, 12:13     10 317

Xəbər verdiyimiz kimi, bu gün Yaponiyanın Osaka şəhərində "G20” sammiti keçirilir.

Qaynarinfo xəbər verir ki, ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin görüşü başlamazdan öncə maraqlı hadisə yaşanıb.

Belə ki, amerikalı jurnalistlər dövlət başçılarından görüş zamanı həmkarından ABŞ-dakı seçkilərə qarışmamağı tələb etməyi bildiriblər.

"İnterfaks”ın yaydığı xəbər görə, Tramp isə buna "Əlbəttə, mən bunu edəcəm”, deyə cavab verib.

Daha sonra Tramp üzünü Putinə çevirərək gülümsəyərək iki dəfə təkrarlayıb: "Xahiş edirəm, seçkilərə qarışmayın”.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26