Interposta.Info

Tramp bu dəfə də İspaniyanın baş nazirinə barmaq silkələdi

Dünya
 29-06-2019, 13:24     10 341

ABŞ prezidenti Donald Tramp Osakada keçirilən G20 sammiti çərçivəsində İspaniyanın baş naziri vəzifəsini icra edən Pedro Sançeslə danışmaqdan imtina edib.

“Moskovskiy komsomolets” xəbər verir ki, insidentin videoyazısı İspaniya KİV-lərində yayılıb.

Kadrlarda görünür ki, ispaniyalı siyasətçi amerikalı liderlə danışmağa cəhd edir. Lakin D.Tramp ona barmağı ilə kreslonu göstərərək yerində oturmağını istəyir və cəld oradan uzaqlaşır.

Lakin İspaniya KİV-ləri iddia edir ki, ABŞ prezidenti P.Sançeslə nəzakətli tonda danışıb.

Xatırladaq ki, ötən gün D.Tramp G20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşdə zarafatla barmağını silkələyərək ABŞ-dakı seçkilərə müdaxilə etməməsini istəmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26