Interposta.Info

Tramp ilk dəfə Putinin qətllərdə və zəhərlənmələrdə əli ola biləcəyini dedi

Siyasət
 15-10-2018, 15:39     10 396

ABŞ prezidenti Donald Tramp CBS kanalının “60 dəqiqə” proqramında Rusiya ilə bağlı sensasion açıqlamalar verib.

Verilişin aparıcısı Lesli Ştalın Rusiya prezidenti Vladimir Putinin son dövrlərdə baş verən şübhəli siyasi qətllər və sui-qəsdlərdə əli ola biləcəyi barədə verdiyi suala ABŞ prezidenti gözlənilməz cavab verib: “Bəli, yəqin ki, onun bu işlərlə əlaqəsi var. Yəqin ki...”.

Lakin D.Tramp bu tip aktların ABŞ ərazisində baş vermədiyi müddətcə onu az qayğılandırdığını söyləyib.

Jurnalist Ağ Evin rəhbərindən nə üçün ictimaiyyət qarşısında Putini açıq şəkildə heç vaxt tənqid etmədiyini xəbər alıb. ABŞ prezidenti bu sualı birbaşa cavablandırmaqdan qaçıb . O, şəxsi görüşlərdə “kifayət qədər sərt davrandığını” deməklə kifayətlənib.

Donald Tramp Rusiya ilə bağlı siyasətdə əvvəlkilərdən daha qətiyyətli davrandığını iddia edib.

D.Tramp buna nümunə olaraq Ukrayna ilə siyasətini xatırladıb. “Məhz mən Ukraynaya hücum silahları vemrişəm. Mənim sələfim (Barak Obama-red.) isə onlara ancaq yastıq və yorğandan başqa heç nə göndərməyib”.

Müsahibənin gedişində Lesli Ştal prezidentə Rusiyanın seçkilərə müdaxiləsi mövzusundan qaçdığını üzünə söyləyib. Jurnalist D.Trampın Rusiyanın 2016-cı ildə ABŞ-ın daxili siyasətini qeyri-qanuni şəkildə qarışması ilə bağlı yaranan suallara da cavab verməsini israrla br neçə dəfə xahiş edib.Tramp Rusiyanın həmin seçklərdə əli olduğunu inkar etməyib, lakin yenə də Moksvanı birbaşa günahlandırmaqdan qaçıb və məsələni tamam başqa bir istiqamətə yönəldib. “Mən Çinin 2016-cı ilə seçkilərinə daha çox qarışdığını düşünürəm. Çin Rusiyadan da böyük problemdir”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26