Interposta.Info

Tramp Putini Vaşinqtona çağırdı

Dünya
 2-04-2018, 18:24     10 428

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini ikitərəfli görüşləri keçirmək üçün Vaşinqtona dəvət edib.

Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov deyib.

“Əgər hər şey normal olsa, ümid edirəm ki, amerikalılar sammitin keçirilməsi ilə bağlı öz təkliflərindən imtina etməyəcəklər. Telefon danışığı zamanı Tramp Putinə ilk görüşün Vaşinqtonda keçirilməsini təklif edib”, - Uşakov bildirib.

Qeyd edək ki, martın 20-də Donald Trampla Vladimir Putin arasında telefon danışığı baş tutmuşdu.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26