Interposta.Info

Putin-Tramp danışığı:

Dünya
 30-01-2017, 09:00     680

Putin-Tramp danışığı:
Rusiya və ABŞ prezidentləri arasında 28 yanvarda baş tutan telefon danışığını RİA analitikləri şərh ediblər.

Axar.az xəbər verir ki, analitiklər liberal Qərbin bu telefon danışığını böyük narahatlıq və həyəcanla gözlədiklərini vurğulayıblar. Rusiya tərəfi isə bu zəngin ABŞ-ın əvvəlki administrasiyasının günahı ucbatından tənəzzüldə olan ABŞ – Rusiya münasibətlərini, nəhayət ki, düzəldəcəyinə ümid edib.

Analizdə telefon danışığından sonra hər iki tərəfin açıqlamasına diqqət çəkilib. Bildirilib ki, Kreml tərəflərin danışığı haqda məlumat verərkən öz həmişəki rəsmi üslubunu saxlasa da, telefon danışığından sonra iki dövləti daha işıqlı, hətta günəşli günlərin gözlədiyini gizlətməyib.

“Telefon danışığı haqda iki dövlətin yaydığı rəsmi məlumata baxsaq, Ağ Evin danışıq haqda verdiyi məlumatın Kremlin yaydığı məlumatdan daha kiçik və konkret olduğunu görərik”, - deyə vurğulanıb.

“Assoşieyted Press” Trampla Putinin danışığı haqda belə yazıb:
“Prezident Donald Trampın postuna çıxdıqdan sonra Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə baş tutan ilk telefon danışığı ABŞ-ın Avropadakı müttəfiqləri arasında ciddi narahatlıq doğurur. Respublikaçılar Rusiyaya qarşı tətbiq olunan sanksiyalara görə narahat olmağa başlayır”.

Nəşr özü etiraf edir ki, Putinlə danışıq ABŞ prezidenti üçün olduqca “sərt təzyiq altında” keçib.

“Vaşinqton Post” məsələyə daha səmimi yanaşıb. “Ölkə daxilindən və Avropadan olan təzyiqlərə, Moskvaya tətbiq olunan sanksiyaların davam etdirilmə tələblərinə baxmayaraq, ABŞ Rusiya ilə mövcud olan münasibətləri bərpa etməyə çalışır”, - nəşr yazıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26