Interposta.Info

Tramp Zelenskiyə söz verdi: “Krımı Rusiyadan alıb, Ukraynaya verəcəm…”

Dünya
 26-09-2019, 18:00     10 423

ABŞ prezidenti Donald Tramp Krım yarımadasını Ukraynaya qaytaracağına dair vəd verib.

"İnterPosta.info" bildirir ki, rusiya mətbuatının verdiyi xəbərə görə, belə bir bəyanatla Ukrayna prezidenti Vladimir Zelenski çıxış edib. Ukrayna prezidentinin sözlərinə görə, ABŞ prezidenti Donald Trampla ikitərəfli danışıqları zamanı Tramp Krım yarımadası üzərində nəzarəti qaytarmaqda Kiyevə kömək edəcəyinə söz verib.

Ukrayna lideri deyib ki, danışıqlar zamanı Trampa "Krımın necə gözəl bir məkan” olduğu haqda danışıb. Bundan sonra isə ABŞ lideri bu məsələdə rəsmi Kiyevə kömək edəcəyinə boyun olub.

Zelenski onu da əlavə edib ki, Trampın Krimdakı vəziyyətlə bağlı söylədiklərinin hərfi mənası belədir: "Bəli, siz işləməlisiniz və biz sizə kömək edəcəyik”.

Qeyd edək ki, sözügedən söhbət BMT-nin 74-cü Baş Assambleyası çərçivəsində Vladimir Zelenski ilə Donald Trampın ilk görüşündə baş tutub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26