Interposta.Info

Zelenski İlham Əliyevdən kömək istədi

 

Siyasət
 16-12-2021, 00:42     254

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevdən Rusiyada saxlanılan Ukrayna vətəndaşlarının, ilk növbədə Krım tatarlarının azad edilməsinə yardım etməsini istəyib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

"Bu məsələ əsas prioritetlərimizdən biridir. Mən bu məsələnin irəliləyişində mümkün köməyinizə görə minnətdar olaram”, - deyə Zelenski bildirib.

O xatırladıb ki, 2022-ci ilin fevralında Ukrayna ilə Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunacaq.

Buna görə də o, fevralda Kiyevdə üç dövlətin liderlərinin iştirakı ilə sammitin keçirilməsini təklif edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26