Prezident sabah Ukraynaya gedir

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya işgüzar səfər edəcək.
"İnterPosta" xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş olacaq.
Görüşün yekununda iki ölkənin liderləri KİV nümayəndələri üçün açıqlama verəcəklər.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26