Interposta.Info

Ərdoğan Ukraynaya gedir

Dünya
 5-10-2017, 19:37     10 622

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 9-da Ukraynaya rəsmi səfər edəcək.

R.T.Ərdoğan Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak edəcək, interposta.info xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat mərkəzi açıqlama yayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə ikitərəfli əlaqələr və regionla bağlı məsələləri də müzakirə edəcəklər.

R.T.Ərdoğan Kiyevdə Ukrayna parlamentinin sədri Andrey Prubiy və baş nazir Vladimir Qrosmanla ayrı-ayrılıqda görüşəcək.

Türkiyə lideri Ukrayna rəsmiləri ilə görüşdə Krım məsələsi və Krım türklərinin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparacaq. Onun Ukraynadakı Türkiyə vətəndaşları ilə bir araya gələcəyi də bildirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26