Prezident Zelenskini Azərbaycana səfərə dəvət etdi

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib.
"İnterPosta" xəbər verir ki, dövlət başçısı dəvətini yanvarın 14-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən çatdırıb.
"Fürsətdən istifadə edərək sizi Bakıya səfərə dəvət edirəm”, - Azərbaycan Prezidenti bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində bu gün ikitərəfli 6 sənəd imzalanıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26