Interposta.Info

Tramp Merkelə:

Dünya
 16-05-2017, 18:52     723

Almaniya kansleri Angela Merkellə ABŞ Prezidenti Donald Tramp arasında keçən ay gerçəkləşən telefon danışığı zamanı əsas müzakirə mövzularından biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.

Agentlik telefon danışığı zamanı Donald Trampın Ərdoğan haqqında “Möhtəşəm adamdır” ifadəsini işlətdiyini bildirib. Bunun qarşılığı olaraq Merkel ona Ərdoğanın Avropa siyasətçiləri və özü haqqında ağır ifadələr işlətdiyini, onları nasist adlandırdığını xatırladıb. Tramp isə bundan xəbərsiz olduğunu və belə bir şey eşitmədiyini söyləyib.

Ağ Ev və Almaniya rəsmiləri agentliyin bu xəbərinə şərh verməkdən imtina ediblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26