Interposta.Info

Tramp Merkelə niyə əl vermədi? — VİDEO

Dünya
 18-03-2017, 10:57     506

Martın 17-də ABŞ-ın 45-ci prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel Ağ Evdə görüşüblər.
“Ölkə.Az” xəbər verir ki, görüş başlamazdan öncə jurnalistlər siyasətçilərdən bir-birlərinə əl verməyi xahiş edib. Angela Merkel üzünü Trampa çevirərək bunu gözləsə də, Almaniya kanslerinin təşəbbüsünə reaksiya verməyən ABŞ prezidenti jurnalistləri seyr etməyə davam edib. Almaniya kanslerinin qarşılanma mərasimində və görüşdən sonra baş tutan brifinqdə siyasətçilər bir-birlərinə əl veriblər.

Qeyd edək ki, bu görüş Angela Merkel və Donald Tramp arasında Trampın prezident olmasından sonra ilk görüşdür. Səfərdən əvvəl Merkel Donaldla şəxsən tanış olmaq istədiyini bildirib. Tərəflərin görüşündə təhlükəsizlik, ticarət və iqtisadi mövzular müzakirə ediləcək. Merkel qəzetə verdiyi müsahibədə bu barədə məlumatları bölüşüb.

Merkel deyib: "Əvvəlcə mən prezidentlə şəxsən tanış olmaq istəyirəm. Heç bir telefon danışığı şəxsi tanışlığı əvəz edə bilməz. Həmişə üz-üzə danışmaq daha üstündür. Mən Trampla təhlükəsizlik, beynəlxalq əməkdaşlıq, ticarət və iqtisadi mövzuları müzakirə etmək istəyirəm. "G20" sammitinin ev sahibi kimi Trampa məqsəd və layihələrimizi təqdim edəcəm. Bu layihələri biz həyata keçirmək istəyirik. Ölkələrimiz məhsuldar və təmiz əməkdaşlıqdan xeyir götürürlər".

Xatırladaq ki, görüş əslində martın 14-ə planlaşdırılırdı. Lakin mart ayının 14-ü keçirilməli olan görüş hava şəraitinin əlverişsiz olduğuna görə, baş tutmayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26