Interposta.Info

Tramp:

Dünya
 23-04-2017, 07:26     555

ABŞ Prezidenti Donald Tramp bir ay əvvəl baş tutan görüş zamanı Almaniya kansleri Angela Merkellə nə üçün əl sıxışmadığının səbəbini açıqlayıb.

Axar.az xəbər verir ki, milyarder prezident “Assoşeyited Press”ə açıqlamasında Merkellə görüşün məhsuldar keçdiyini bildirib.

“O zaman sanki kimsə qışqırdı: Onun əlini sıxın, onun əlini sıxın. Ancaq mən eşitmədim. Bilirsiniz, biz uzun müddət ictimaiyyət qarşısında olduq və mən Merkelin əlini 4 dəfə sıxdım”, - Ağ Ev rəhbəri bildirib.

Tramp onu da deyib ki, fikir müxtəlifliyinə baxmayaraq, Merkel görüş zamanı inanılmaz anlayış göstərib.

Xatırladaq ki, martın 17-də Ağ Evdə baş tutan görüş zamanı jurnalistlərin təkidinə baxmyaraq, Tramp Merkellə əl sıxışmamışdı. Ötən gün verdiyi açıqlamasında isə Tramp Merkellə çox böyük fikir ayrılığı olduğunu dilə gətirdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26