Interposta.Info

Polşa prezidentinin xanımı Trampın onun əlini sıxması cəhdinə əhəmiyyət verməyib-

Ölkə
 7-07-2017, 07:30     627

Polşanın birinci xanımı Aqata Kornhauser-Duda protokol görüşü zamanı ABŞ prezidenti Donald Trampın onun əlini sıxması cəhdinə əhəmiyyət verməyib.

"Report"un məlumatına görə, bu barədə "Lenta" xəbər verib.

Polşa prezidenti Anjey Dudanı salamlayan Tramp onun xanımına əl uzadıb. Lakin Kornhauser-Duda onun yanından keçib və ABŞ liderinin xanımı Melani Trampla salamlaşıb.
Qeyd edək ki, ABŞ prezidenti görüş zamanı Polşa və Avropanın digər ölkələrinə enerji mənbələrinin diversifikasiyasında yardım etməyə hazır olduğunu bildirib.

D.Tramp qeyd edib ki, maye təbii qazın (LNG) iyunun əvvəlində ABŞ-dan Polşaya baş tutan ilk çatdırılma prosesindən məmnun qalıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26