Interposta.Info

Ərdoğanla Tramp Liviya və Suriya məsələlərini müzakirə ediblər

Dünya
 28-01-2020, 09:17     474

ABŞ prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Cadd Dir özünün “Twitter”dəki səhifəsində məlumat yayıb.

Ağ Ev rəsmisi bildirib ki, dövlət başçıları Liviyada atəşkəs rejimini, həmçinin Suriyada zorakılıqların dayandırılmasını müzakirə ediblər.

"Bu gün (bazar ertəsi-ed) Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. İki ölkənin liderləri xarici müdaxilənin aradan qaldırılması və Liviyada atəşkəs rejiminin saxlanılması zəruriliyini müzakirə etdilər. Liderlər İdlib əyalətində həyata keçirilən zorakılıq aktlarına son qoyulmasını razılaşdırıblar", - o qeyd edib.

"Prezident Tramp həmçinin Türkiyə ilə Yunanlstan arasında Aralıq Dənizinin şərq hissəsindəki fikir ayrılıqlarının nizama salınmasının əhəmiyyətini vurğulayıb", - Dir əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26