Xaliq Rəşidoğlunun təqdimatında: Tarixin canlı şahidi, Laçın döyüşləri və unudulmaz görüş (VİDEO)
Tarixin canlı şahidi: Laçın döyüşləri və unudulmaz görüş
Goldmedia.az-ın budəfəki müsahibi Laçın rayonunun ictimai-siyasi həyatında dərin iz qoymuş bir şəxsdir. Laçın Rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini, hazırda isə Laçın Rayon Veteranlar İctimai Birliyinin sədri vəzifəsini icra edən Qəzənfər Hüseynov keçmiş dövlət rəsmisi və veteran kimi tariximizin ən kəskin dönəmlərinə işıq tutur.
Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi hissəsinin komandiri, rəhmətlik general-mayor Zaur Rzayev ilə 1992-ci ildə Laçın rayon Vağazin kəndində baş tutmuş tarixi və taleyüklü görüşün təfərrüatları yer alır.
1992-ci il: Vağazin kəndindəki tarixi görüş
1992-ci ilin ağır döyüş şəraitində, Laçın rayonunun strateji əhəmiyyətli Vağazin kəndində dövlət rəsmiləri ilə hərbi komandanlığın bir araya gəlməsi böyük cəsarət və operativlik tələb edirdi. Qəzənfər Hüseynov həmin çətin günlərdə general-mayor Zaur Rzayevlə keçirdiyi görüşü belə xatırlayır:
"Həmin vaxt həm yerli əhalinin müdafiəsinin təşkili, həm də nizami ordunun gedişata nəzarət etməsi üçün mülki-hərbi koordinasiya mütləq idi. General Zaur Rzayevlə Vağazin kəndindəki görüşümüz sadəcə bir müzakirə deyil, Laçının müdafiə xəttinin möhkəmləndirilməsi üçün atılan mühüm addımlardan biri idi."
Goldmedia.az Xaliq Rəşidoğlunun təqdimatında Qəzənfər Hüseynovla geniş müsahibəni təqdim edir:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26





