Laçın müəssisələrində “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib - FOTO
Laçın müəssisələrində “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
Goldmedia.az-ın məlumatına görə, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Laçın Dövlət Rəsm Qalereyası və Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə respublikamızda elan olunmuş "İnsan hüquqları aylığı" çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirin əvvəlində iştirakçılar Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Bu an ümummilli liderin xalq və dövlət qarşısındakı misilsiz xidmətlərinə dərin ehtiramın ifadəsi olmuşdur.

Azərbaycanda elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Laçın Dövlət Rəsm Qalereyası və Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirak etdiyi görüş insan hüquq və azadlıqlarının qorunması, bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi mövzusuna həsr olunub.
Tədbiri giriş sözü ilə açan Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuriyeva insan hüquqlarının ümumbəşəri dəyər olduğunu vurğulayıb. O, ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən dövlət siyasətindən, ulu öndər Heydər Əliyevin bu sahədə imzaladığı tarixi fərman və sərəncamlardan söz açıb. T.Nuriyeva qeyd edib ki, builki aylıq çərçivəsində keçirilən tədbirlər cəmiyyətdə hüquq düşüncəsinin və mədəniyyətinin inkişafına mühüm töhfə verir.
Daha sonra çıxış edən Laçın Dövlət Rəsm Qalereyasının direktoru Xaliq Dünyamalıyev hüquqi dövlət quruculuğunda hər bir vətəndaşın öz hüquq və vəzifələrini dərindən bilməsinin vacibliyinə toxunub. O, mədəniyyət işçilərinin də bu növ maarifləndirmə prosesində fəal rol oynamalı olduğunu, xüsusilə gənc nəslin hüquqi biliklərinin artırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Toplantıda mədəniyyət müəssisələrinin digər əməkdaşları da mövzu ətrafında çıxış edərək, insan hüquqlarının müdafiəsi mexanizmləri, vətəndaş məsuliyyəti və qanunun aliliyi prinsipləri barədə fikirlərini bölüşüblər.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26







