Interposta.Info

Qarabağ itkinlərinin taleyinə işıq sal: Hər bir məlumat bir həyatı aydınlada bilər

Manşet
 Dünən, 11:31     74

​Birinci və ikinci Qarabağ müharibələrindən illər keçsə də, yüzlərlə ailə hələ də dogma insanlarından gələcək bir xəbərin intizarını çəkir. Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş minlərlə soydaşımızın taleyinin aydınlaşdırılması bu gün həm dövlətimiz, həm də cəmiyyətimiz üçün ən həssas və mühüm humanitar məsələlərdən biridir.

Goldmedia.az xəbər verir ki, işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı axtarış və ekshumasiya tədbirləri nəticəsində mütəmadi olaraq kütləvi və fərdi dəfn yerləri aşkarlanır. Bu məzarlıqların tapılması və itkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesində dövlət qurumları ilə yanaşı, vətəndaşlarımızın da fəal iştirakı və verəcəyi məlumatlar böyük əhəmiyyət kəsb edir.

​Əgər sizdə birinci və ya ikinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər, onların son görüldüyü məkanlar və ya işğaldan azad olunmuş ərazilərdə ehtimal olunan dəfn yerləri barədə hər hansı bir məlumat varsa, dərhal rəsmi qurumlarla əlaqə saxlamanız xahiş olunur. Sizin bildiyiniz ən kiçik bir detal belə, bir ailənin illərlə davam edən acısına son qoya bilər.

Goldmedia.az xatırladır ki, məlumatlarınızı çatdırmaq və bu nəcib missiyaya dəstək olmaq üçün aşağıdakı rəsmi saytdan və qaynar xətdən istifadə edə bilərsiniz:

Rəsmi internet səhifəsi: www.scmp.gov.az

Qaynar xətt: 8161

İtkinlərimizin taleyinin aydınlaşdırılmasına biganə qalmayaq, birlikdə dəstək olaq!

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26