Interposta.Info

Makron və Tramp Suriya, İran, NATO məsələlərini müzakirə ediblər

Siyasət
 12-11-2019, 09:01     10 440

Fransa prezidenti Emmanuel Makronla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Bu barədə Fransa lideri özünün "Twitter"dəki səhifəsində bildirib.

Emmanuel Makron qeyd edib ki, amerikalı həmkarı ilə NATO-nun dekabrda keçiriləcək sammitinə qədər Londonda görüşməyi razılaşdırıblar.

"Bu axşam Donald Trampla əla telefon danışımız oldu: Suriya, İran, NATO (müzakirə edilib). Ümumi vaxtlar seçilib və biz NATO-nun sammitinə qədər Londonda görüşəcəyik", - deyə Fransa lideri yazıb.

Şimali Atlantika Alyansının 29 ölkəsinin dövlət və hökumət başçılarının sammiti dekabrın 3-4-də Londonda keçiriləcək.

Qeyd edək ki, Fransa və ABŞ liderlərinin bundan əvvəlki danışığı 1 ay əvvəl - oktyabrın 12-də baş tutub. Həmin vaxt Emmanuel Makron amerikalı həmkarına Türkiyə ordusunun Suriyadakı əməliyyatlarının dayandırılması zəruriliyini bildirib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26