Interposta.Info

Fransa siyasətçisi Emmanuel Makronun böhran əleyhinə tədbirlərini tənqid edib

Dünya
 11-12-2018, 08:36     756

Fransanın Respublikaçılar Partiyasının birinci vitse-prezidenti Qiyom Pelte prezident Emmanuel Makronun ölkə sakinlərinə müraciətini şərh edib.

Bu barədə RİA "Novosti" məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, Makron fransızlara müraciətində böhran əleyhinə tədbirləri necə reallaşdıracağını deməyib.

O, həmçinin əlavə edib ki, Fransa prezidenti özünün əvvəlki bütün siyasi kursunu faktiki olaraq rədd edib.

Pelte vurğulayıb ki, Makron müraciətində anti-Makron kimi çıxış edib.

Qeyd edək ki, Fransa prezidenti kütləvi etiraz aksiyaları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26