Interposta.Info

Qalmaqallı iddia: Fransa prezidentinin köməkçiləri onun ölməsini istəyir - FOTO

Dünya
 2-02-2019, 21:53     10 499

Fransada nəşr edilən bir kitabda prezident Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun hökümətdaxili qərarlara böyük müdaxilələrinin olması iddia edilib.

Bu barədə Daily Telegrapy qəzeti məlumat yayıb.

Məlumata görə, Ava Camşidi və Nataniel Şuk adlı jurnalistlərin bir yerdə ərsəyə gətirdiyi "Madame La Presidente" adlı kitabda Makronun köməkçiləri və xanımı arasında geniş bir rəqabətin getdiyi haqda da yazılır. Digər bir məlumatda isə prezidentin Yelisey sarayındakı köməkçilərinin Bricit Makronun varlığından narahat olması haqqındadır. Belə ki, yazılanlara görə, köməkçilər Makronun xanımının ölməsini arzu edirlər. Daha sonra Bricit Makron Fransa prezidentinin beyninin sağ tərəfi adlandırılıb. Emmanuel Makron Yelisey sarayının qapıları bağlanan kimi ölkənin vəziyyəti haqqında ilk olaraq Bricit Makronla müzakirə etdiyi də kitabda yazılıb.

Kitabda yazılanlara görə, Fransanın təhsil naziri təyin edilməsində də Fransa prezidentinin xanımının müdaxiləsi olub. Daha bir məlumatda isə bildirilir ki, Bricit Makron Fransanın istefa verən ekologiya nazirinin Emmanuel Makronun qəbluna getmək istəməsini əngəlləyib.

Satışa yeni çıxan bu kitab böyük marağa səbəb olub və hazırda ölkədə sürətlə satılmağa başlayıb.

Kitabda xüsusi olaraq Makronun köməkçilərinin dilindən yazılanlar yer alıb.

Kitabda köməkçilər haqqında maraqlı bir qeyddə yazılıb: “Prezident köməkçiləri bir qadınla rəqabət aparmağa öyrəşməyiblər. Gündüz prezidentin bir qərar almasına nail olurlar, axşama isə o fikrindən döndüyünü bildirir. Daha sonra ertəsi gün yenidən fikrini dəyişdiyini deyir”./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26