Interposta.Info

Makron Fransada fövqəladə vəziyyət elan edib

Dünya
 11-12-2018, 08:44     408

Fransa prezidenti Emmanuel Makronkütləvi etiraz aksiyaları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Bu barədə o, xalqa müraciətində bildirib.

"Birincisi, bu gün fövqəladə iqtisadi və sosial vəziyyət elan etmək istəyirəm. Biz hörmət ediləcək, uşaqlarımızın bizdən də yaxşı yaşayacağı Fransanı qurmaq istəyirik", - deyə o bildirib.

O, qeyd edib ki, ölkənin problemləri çoxdan mövcuddur. Problemlərin kökləri 40 il əvvələ gedib çıxır və indi onlar "küçələrə çıxır".

"Mən bizim ölkənin siyasi sistemi ilə mübarizə apararaq, onu sizin üçün yaxşılaşdırmaq istəyirdim. Bir çox ölkələr belə vəziyyətlərdən çox ağır keçir, lakin mən ümid edirəm ki, Fransa xalqı vahid qalmaq üçün kifayət qədər güclü olacaq", - prezident qeyd edib.

O, hökumətdən və parlamentdən öz işini yenidən qurmağı tələb edib. Prezidentin sözlərinə görə, 2019-ci ildən Fransada əmək haqqının minimum məbləği 100 avroya qədər artacaq./virtualaz.org

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26