Interposta.Info

Obama Trampı tənqid etdi -

Dünya
 2-06-2017, 15:17     867

ABŞ-ın sabiq prezidenti Barak Obama prezident Donald Trampın Paris müqaviləsindən çəkilmə qərarını tənqid edib.

"Ölkə.Az" xəbər verir ki, Obama bu qərarı ABŞ tarixinin ən uğursuz aksiyası adlandırıb.

Obama verdiyi açıqlamada Paris iqlim müqaviləsinin dünyada karbon qazının səviyyəsini azaltmaq üçün nəzərdə tutulan ilk qlobal müqavilə olduğunu qeyd edib.

Eks-prezident deyib: "Paris iqlim müqaviləsi ABŞ-ın dünya səhnəsindəki sabit və prinsipli liderliyi sayəsində mümkün olub. ABŞ-ın digər ölkələrin önündə yer almalı olduğunu düşünürəm. Amma ABŞ lider olmasa, müəyyən problemlər yaranacaq. Trampın bu qərarı ABŞ tarixinin ən uğursuz aksiyasıdır".

Obama administrasiyasında ABŞ xarici işlər naziri olan Con Kerri də Trampın bu qərarının ABŞ tarixində ən uğursuz aksiya olduğunu bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26