Interposta.Info

Obama prezident vəzifəsindən getdikdən sonra ilk dəfə danışdı :

Dünya
 16-05-2017, 18:54     798

ABŞ-ın eks-prezidenti Barak Obama dövlət başçısı vəzifəsini tərk edəndən sonra, ilk dəfə mətbuata açıqlama verib.

Avropa.info xəbər verir ki, Barak Obama məruz qaldığı sui-qəsd nəticəsində həyatını itirən ABŞ-ın 35-ci prezidenti Con Kennedinin nəvəsi Jack Schlossberqə müsahibə verib.

Müsahibəsi zamanı Obama prezidentliyi dövründə ən cəsarətli qərarının Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi iddialarına baxmayaraq, ABŞ-ın Suriyaya hərbi müdaxilə etməməsi olduğunu deyib.

“İndi isə kimyəvi silahların hamısının ölkədən çıxmadığını bilirik. Buna görə də, bu mükəmməl olmayan bir həll yoludur. Ancaq eyni zamanda kimyəvi silah ehtiyatlarının 99 faizinin bir güllə belə atılmadan ölkədən çıxardığını da bilirik. Bu mükəmməl, ya da sadə bir qərar deyildi. Ancaq bir çox səbəbdən geniş miqyaslı kimyəvi silahdan istifadə ehtimalını yox etməyin daha mənalı olduğunu düşünürdüm. Prezident olduğum dövrdə Suriyaya hərbi müdaxilə etməməyimə görə çox tənqid olunurdum” deyə Obama qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26