Interposta.Info

Mişel Obama Hillari Klintonun 17 illik liderliyinə son qoydu

Dünya
 28-12-2018, 16:16     10 395

Mişel Obama ABŞ-ın "ən heyranedici qadını" seçilib.

Qaynarinfo xəbər verir ki, sabiq ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama bu statusa sahib çıxıb və Hillari Klintonun 17 illik hakimiyyətinə son qoyulub. "Talk Show" aparıcısı Oprah Vinfri 2-ci, Hillari Klinton 3-ci, "first lady" Melaniya Tramp 4-cü, İngiltərə Kraliçası II Elizabet isə 5-ci yerdə qərarlaşıb.

Kişilərin siyahısında Barak Obama artıq 11 ildir liderliyi əlində saxlayır. Prezident Donald Tramp 4-cü dəfə 2-ci yeri qazanıb. Növbəti yerlərdə sabiq prezident Corc Buş, Papa Fransesko, "Microsoft" yaradıcısı Bill Qeyts qərarlaşıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26