Interposta.Info

“Nanə Pub”da  dilənçiyə görə dava

Ölkə
 6-05-2023, 16:52     237

Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən "Nanə Pub” restoranında dilənçi azyaşlıya görə dava salan şəxs cərimələnib.

"İnterPosta"-nın məlumatına görə, 1987-ci ildə Naxçıvan MR-nın, Şərur rayonu, Alışar kəndində anadan olmuş Elvin (şərti) ad günü şənliyində iştirak etmək üçün getdiyi "Nanə Pub” restoranında dava salıb.

Elvinin dava salmasına səbəb ayıq sürücüsü işləyən Turanın azyaşlı dilənçini müştəriləri narahat etməsin deyə restoranın həyətində vurması olub.

Buna görə Elvinlə Turan arasında mübahisə olub.

Təqsirləndirilən şəxs onu vuraraq yerə yıxıb. Restoranın həyətində olan şəxslər onları aralayıb.

Turan baş vermiş hadisə ilə bağlı polisə müraciət edib.

Elvin iki gün həbsdə saxlanıldıqdan sonra barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə, Elvin Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1500 manat cərimə olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26