Interposta.Info

Atasının ətə olan borcuna görə 1500 cərimə ödədi

 

Ölkə
 24-09-2022, 16:31     215

Səbail rayonunda yerləşən "Nilay” kafesində baş verən davanın səbəbləri bilinib.

"İnterPosta"nın məlumatına görə, 18 iyun 2022-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi-2 ünvanında yerləşən "Nilay” kafesində dava zamanı şəxsi münasibətlər zəminində Əli adlı şəxs tanışı Rafiqi başından şüşə pivə bokalı ilə vurub. Ona sol qaş nahiyəsinin əzilmiş yarası və sol gözaltı nahiyənin sıyrığı diqanozu qoyulub.

Hadisənin təfərrüatlarına gəlincə, Rafiq "Nilay” kafesinə daxil olan zaman tanışı Əlinin girişdəki masada əyləşdiyini görüb. Əli onu əyləşdiyi masaya dəvət edib, onlar bir qədər oturduqdan sonra aralarında mübahisə yaranıb. Rafiq Əlidən atası İbrahimin ondan vaxtı ilə almış olduğu ətin pulunu verməsini istəyib. Bu isə Əlinin xoşuna gəlməyib. Bu səbəbdən də əsəbləşərək Rafiqlə mübahisə edib və masanın üzərində olan şüşə pivə bokalını götürərək onun başına vurub.


O, əvvəlcə Əli ilə şəxsi münasibətlərini nəzərə alaraq, barəsində şikayətçi olmaq istəməyib. Lakin Əlinin gəlib ondan üzrxahlıq etməməsi və yardım göstərməməsi səbəbindən polisə zəng edərək, şikayət edib.

Rafiqin Əlini bağışlamasına baxmayaraq, Səbail Rayon Məhkəməsi təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilib və 1500 manat məbləğində cərimə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26