Interposta.Info

Bakının mərkəzində dava: tutulanlar var

Ölkə
 29-09-2017, 20:13     10 569

Bakıda kafedə kütləvi dava-dalaş olub.

Lent.az xəbər verir ki, Nəsimi rayonu ərazisindəki "Dəli Kür" kafesində bir qrup şəxs arasında dava-dalaş olub. Dava zamanı 1986-cı il təvəllüdlü Mehdiyev Tofiq Şamil oğlu ağır xəsarət alıb. Daha bir nəfər isə yüngül xəsarətlərlə canını qurtarıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində davada iştirak edən 1994-cü il təvəllüdlü Həsən Ağayevlə 1995-ci ildə anadan olmuş Elvin Əliyev tutulub. Onların hər ikisi əvvəllər müxtəlif cinayətlərə görə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26