Interposta.Info

"Barselona" "Real"ı darmadğın etdi (VİDEO)

Ölkə
 29-10-2018, 09:16     10 416

İspaniya La Liqasının X turunda "Barselona" - "Real" oyunu baş tutub.

Mövsümün ilk "El Klasiko"sunda meydan sahibləri böyükhesablı qələbə qazanıb - 5:1.

"Barselona"nın heyətində Luis Suares het-trik edib, Filippe Koutinyo və Arturo Vidal bir qol vurub. "Real"ın yeganə qolunun müəllifi müdafiəçi Marselo olub.

"Barselona" bu qələbə sayəsində xallarının sayını 21-ə çatdırıb və turnir cədvəlinə liderlik edir. "Real" isə 14 xalla 9-cu yeri tutur.

Bu 2007-ci ildən sonra Lionel Messi və Kriştiano Ronaldosuz keçirilən ilk "El Klasiko" olub. Belə ki, Ronaldo yayda "Yuventus” transfer olunub. Messi isə zədə səbəbindən bu oyunda iştirak edə bilməyib.

1916-cı ildən etibarən iki komanda arasında 238 rəsmi oyun keçirilib. "El Klasiko"da 95 dəfə "Real", 94 dəfə "Barselona” qələbə qazanıb. Daha 49 matçda qalib müəyyənləşməyib. Topların nisbəti də "Kral Klubu"nun xeyrinədi - 402:392./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26