Interposta.Info

La Liqa: Messi 3 qolla “Barselona”ya əzmkar qələbə qazandırıb

İdman
 25-02-2019, 08:45     10 504

İspaniya La Liqasında XXV turda növbəti 4 oyun keçirilib. ONA-nın xəbərinə görə, turun mərkəzi qarşılaşmasında “Sevilya” “Barselona”nı qəbul edib.

Meydan sahibləri görüş ərzində iki dəfə hesabda önə keçsə də, Kataloniya təmsilçisi əzmkar qələbə qazanıb. Komandasının 4:2 hesablı qələbəsində het-trikə imza atan Lionel Messinin böyük payı olub.

"Xetafe" və “Alaves” ev oyunlarında aktivlərinə 3 xal əlavə ediblər. Onlar müvafiq olaraq, "Rayo Valyekano" ilə "Eybar" üzərində qələbə qazanıblar. "Alaves"lə "Selta" arasında matçda isə qapılara qol vurulmayıb.

Qeyd edək ki, bu gün La Liqada daha 4 oyun keçiriləcək. Tura isə sabah baş tutacaq bir görüşlə yekun vurulacaq.

İspaniya La Liqası

XXV tur

"Xetafe" - "Rayo Valyekano" - 2:1

Mata, 28; Molina, 68 - de Tomas, 58

"Sevilya" - "Barselona" - 2:4

Navas, 22; Merkado, 42 - Messi, 26, 67, 85; Luis Suares, 90+3

"Alaves" - "Selta" - 0:0

"Atletik" - "Eybar" - 1:0

Raul Qarsiya, 1/musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26