Interposta.Info

Çempionlar Liqası: "Barselona" və "Liverpul" 1/4 finalda

İdman
 14-03-2019, 09:04     10 494

Bu gün keçirilən 2 oyunla Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Cavab görüşləri çərçivəsindəki qarşılaşmalar Münhen və Barselonada baş tutub.

İlk qarşılaşmada qolsuz heç-heçə edən "Barselona” və "Lion” "Nou Kamp”da üz-üzə gəlib. Qitənin ən nüfuzlu klub turnirinin favoritlərindən olan kataloniyalılar 1/4 finala böyük hesablı qələbə ilə adlayıb - 5:1.

Günün daha çox maraq kəsb edən matçında "Bavariya” "Liverpul”u qəbul edib. Almanlar mərhələ adlamaq üçün mütləq qələbə qazanmalı idi. "Liverpul"u isə 1/4 finala çıxmaq üçün istənilən hesablı bərabərlik də qane edirdi. İlk oyunda 0:0 hesablı heç-heçəyə razılaşan rəqiblər bu dəfə 4 qol vurub və "Liverpul" qələbə qazanıb - 3:1.

Qeyd edək ki, bundan əvvəl "Mançester Yunayted" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Mançester Siti" (İngiltərə), "Portu" (Portuqaliya), "Ayaks" (Hollandiya) və "Yuventus" (İtaliya) 1/4 finala çıxıb.

Çempionlar Liqası
1/8 final
Cavab oyunları

13 mart
Barselona (İspaniya) - Lion (Fransa) 5:1
Qollar: Lionel Messi, 16; 78. Filipe Koutinyo, 31. Cerard Pike, 81. Osman Dembele, 86 - Lukas Tausart, 58.
Barselona: Mark-Andre Ter Ştegen, Cerard Pike, İvan Rakitiç, Serxio Buskets, Filipe Koutinyo (Osman Dembele, 70), Artur (Arturo Vidal, 74), Luis Suarez, Lionel Messi (k), Klement Lenqlet, Jordi Alba, Serj Roberto (Nelson Semedo, 83).
Lion: Antoni Lopez (Matyu Qorgelin, 34), Ceyson Denayer, Marselo, Musa Dembele, Memfis Depay (Bertrand Traore, 73), Leo Dubois, Nabil Fekir (k), Fernando Marçal, Ferland Mendi (Maksvel Kornet, 77), Tunqay Ndombele, Lukas Tausart.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Barselona. "Nou Kamp” stadionu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26