Interposta.Info

Bu gün ÇL-də 1/8 finalın püşkü atılacaq

İdman
 11-12-2017, 10:49     9 736

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Qol.az xəbər verir ki, qitənin ən mötəbər klub turnirində mübarizəni davam etdirən 16 komanda rəqibini İsveçrənin Nyon şəhərində tanıyacaq.

Reqlamentə əsasən, 1/8 finalda qrup qalibləri bu mərhələyə ikinci yerlə adlayan komandalara rəqib olacaqlar.

Bundan başqa, püşk zamanı eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar üz-üzə gələ bilməyəcək.

Qeyd edək ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Çempionlar Liqası

1/8 final

Səpələnmişlər (qrup qalibləri)

“Mançester Yunayted” (İngiltərə)

PSJ (Fransa)

“Barselona” (İspaniya)

“Roma” (İtaliya)

“Tottenhem” (İngiltərə)

“Liverpul” (İngiltərə)

“Mançester Siti” (İngiltərə)

“Beşiktaş” (Türkiyə)

Səpələnməmişlər (qrup ikinciləri)

“Yuventus” (İtaliya)

“Bazel” (İsveçrə)

“Şaxtyor” (Ukrayna)

“Bavariya” (Almaniya)

“Çelsi” (İngiltərə)

“Real” (İspaniya)

“Porto” (Portuqaliya)

“Sevilya” (İspaniya)

Əlavə edək ki, 1/8 final mərhələsinin ilk görüşləri gələn il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də baş tutacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26