Interposta.Info

Çempionlar Liqasının püşkü atıldı: kim kimə rəqib oldu?

İdman
 13-04-2018, 23:34     10 585

Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Qaynarinfo xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə 4 komanda iki cütlüyü formalaşdırıb.

İştirakçılar "səpələnmiş" və "səpələnməmişlər" səbətlərinə bölünməyib, bütün komandalar bir-birinə rəqib olmaq imkanına sahib olub. Püşk son iki mövsümün qalibi "Real"ı "Bavariya” ilə üz-üzə qoyub. "Mançester Siti"ni mübarizədən kənarlaşdıran "Liverpul” isə "Barselona"nın qənimi "Roma" ilə qarşılaşacaq.

Bu gün həmçinin Çempionlar Liqasının mayın 26-da Kiyevdəki "Olimpiya" stadionunda keçiriləcək final matçının nominal ev sahibi də müəyyənləşib. Püşk nəticəsində finalın nominal ev sahibi "Bavariya" - "Real" cütünün qalibi olub.

Qeyd edək ki, yarım finalın ilk oyunları 24-25 aprel, cavab görüşləri 1-2 mayda keçiriləcək.

Çempionlar Liqası
Yarımfinal
24-25 aprel - 12-may

Bavariya (Almaniya) - Real (İspaniya)
Liverpul (İngiltərə) - Roma (İtaliya)

Final
26 may

Bavariya//Real - Liverpul//Roma

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26