Interposta.Info

Çempionlar Liqasında yarımfinal mərhələsinin

İdman
 2-05-2017, 09:13     624

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə Madridin iki təmsilçisi üz-üzə gələcək.

Çempionlar Liqasının son qalibi “Real” turnirin son finalçısı “Atletiko”nu qəbul edəcək. “Real” ÇL-də həmşəhəri üçün arzuolunmaz rəqibdir. Ötən mövsüm əsas və əlavə vaxtı heç-heçə nəticələnən həlledici görüşün penaltilər seriyasında “Atletiko” rəqibinə boyun əymişdi. 2013/2014 mövsümünün də finalında məhz bu iki komanda qarşılaşmışdı. Həmin vaxt görüşün əsas vaxtı 1:1 hesabı ilə nəticələnmiş, lakin əlavə 30 dəqiqədə “Real” rəqib qapısından daha 3 top keçirərək, turnirin qalibi adını qazanmışdı.

La Liqanın cari mövsümündə “Real” və “Atletiko” arasında keçirilmiş 2 görüşdən birində “kral klubu” qələbə qazanıb, digərində isə digərində isə heç-heçə (1:1) qeydə alınıb.

Madridin hər iki təmsilçisi İspaniya çempionatının XXXV turunda qələbəyə sevinib. “Atletiko” səfərdə “Las Palmas”ın qapısından 5 cavabsız top keçirib, “Real” isə öz meydanında “Valensiya”nı 2:1 hesabı ilə üstələyib.

Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
2 may

22:45. “Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya)
Baş hakim: Martin Atkinson (İngiltərə)/musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26