Interposta.Info

“Qarabağ” “Atletiko” ilə heç-heçələrdən nə qədər qazandı?

İdman
 4-11-2017, 18:42     10 445

İspaniya “Atletiko” komandsı ilə Çempionlar Liqasının qrup mərhələsində etdiyi iki heç-heçə “Qarabağ”a təkcə iki xal qazandırmayıb.

interposta.info xəbər verir ki, bu nailiyyət sayəsində Ağdam klubu daha 1 milyon avro gəlir əldə edib.

Qaydalara əsasən, qrup mərhələsindəki hər qələbə əlavə 1,5 milyon avro, heç-heçə isə 500 min avro qazanc deməkdir. Daha əvvəl “Qarabağ” Çempionlar Liqasının 32 iştirakçısından biri kimi 12,7 milyon avroya sahib olub.

Qeyd edək ki, “Qarabağ” Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmada “Atletiko” ilə qolsuz bərabərliyə qalıb, Madridin “Metropolitano” stadionunda keçirilən ikinci qarşılaşma isə 1:1 hesabı ilə bitib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26