Interposta.Info

“Qarabağ” - “Atletiko” oyunu üçün avtobuslar ayrılacaq

İdman
 16-10-2017, 17:10     7 939

“Qarabağ” klubu azarkeşlərin Çempionlar Liqasının qrup mərhələsinin III turunda İspaniya təmsilçisi “Atletiko” ilə oyuna rahat gedib-gəlmələri üçün tədbir görəcək

interposta.info klubun rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutacaq oyun üçün ictimai dayanacaq azarkeşlərin xidmətində olacaq.
Tərəfdarlar avtodayanacaqdan qarşılaşmanın başlamasından üç saat əvvəl - saat 17:00-dan etibarən istifadə edə bilərlər.

Qeyd edək ki, “Qarabağ” - “Atletiko” matçına bilet satışı davam edir. Azarkeşlər oktyabrın 17-dən etibarən biletləri Bakı Olimpiya Stadionunun qarşısında yerləşdirilən satış məntəqələrindən də əldə edə bilərlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26