Interposta.Info

“Qarabağ”ın ÇL-də potensial rəqibləri bilindi

İdman
 23-07-2018, 15:33     10 605

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Qol.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 32 komanda iştirak edib.

Çempionlar yolunda mübarizə aparan təmsilçimiz “Qarabağ”ın da mümkün rəqibləri bəlli olub. Ağdam klubu 2-ci mərhələdə Albaniyanın “Kukesi” klubunu keçərsə, BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Çempionlar yolu

“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi - AEK (Yunanıstan)

“Zalsburq” (Avstriya) – “Şerif” (Moldova) – “Şkendiya” (Makedoniya) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) cütünün qalibi - “Legiya” (Polşa) – “Spartak” (Slovakiya) cütünün qalibi

“Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi - BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi

“Astana” (Qazaxıstan) – “Midtulland” (Danimarka) cütünün qalibi -

“Dinamo” (Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi

“Malmö” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi - “Lüdoqorets” (Bolqarıstan) – “Videoton” (Macarıstan) cütünün qalibi

Liqa yolu

“Standard” (Belçika) - “Ayaks” (Hollandiya) – “Şturm” (Avstriya) cütünün qalibi

“Benfika” (Portuqaliya) - “Fənərbaxça” (Türkiyə)

“Slaviya” (Çexiya) - “Dinamo” (Kiyev, Ukrayna)

PAOK (Yunanıstan) – “Bazel” (İsveçrə) cütünün qalibi - “Spartak” (Moskva, Rusiya)

3-cü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.

Saat 14:45-də isə Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. Bununla Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizəni dayandıracaq klubların Avroliqadakı rəqibləri bəlli olacaq. "Qarabağ" "Kukesi" səddini keçə bilməsə, aşağıdakı 9 komandadan birinə rəqib olacaq.


TNS (Uels) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi

“Torpedo” (Kutaisi, Gürcüstan) - “Vikinqur” (Farer adaları) cütünün qalibi

“Spartak” (Latviya) - “La Fiorita” (San-Marino) cütünün qalibi

APOEL (Kipr) - “Flora” (Estoniya) cütünün qalibi

“Kork Siti” (İrlandiya)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26