Interposta.Info

“Qarabağ”ın rəqibləri müəyyənləşdi

İdman
 19-06-2018, 17:39     10 514

Bu gün Çempionlar Liqasında ilk iki təsnifat mərhələsinin püşkü atılıb.

Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan çempionu "Qarabağ”ın da rəqibi müəyyənləşib.

I təsnifatda 32 komanda oynayacaq. Onlardan biri ilkin mərhələdən gələcəksə, 31-i mübarizəyə birbaşa buradan başlayacaq.

"Qarabağ”ın rəqibi "Şkendiya” (Makedoniya), "Düdelanj” (Lüksemburq), "Olimpiya” (Sloveniya), "Suduva” (Litva) və "Torpedo” (Kutaisi, Gürcüstan) arazından seçilib. Azərbaycan çempionu "Olimpiaya" rəqib olub.

I təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi

Olimpiya (Sloveniya) - Qarabağ (Azərbaycan)
Torpedo (Kutaisi, Gürcüstan) - Şerif (Moldova)
Şkendiya (Makedoniya) - TNS (Uels)
Suduva (Litva) - APOEL (Cənubi Kipr)
Düdelanj (Lüksemburq) - Videoton (Macarıstan)
İlkin mərhələnin qalibi - Malmö (İsveç)
HİK (Finlandiya) - Vikinqur (Farer adaları)
Lüdoqorets (Bolqarıstan) - Kruzaders (Şimali İrlandiya)
Kork Siti (İrlandiya) - Legiya (Polşa)
Valyur (İslandiya) - Rusenborq (Norveç)
Kukesi (Albaniya) - Valletta (Malta)
Flora (Estoniya) - Hapoel (Beyer-Şeva, İsrail)
Spartak (Latviya) - Srvena Zvezda (Serbiya)
Alaşkert (Ermənistan) - Seltik (Şotlandiya)
Spartak (Slovakiya) - Zrinski (Bosniya və Herseqovina)
Astana (Qazaxıstan) - Sutyeska (Monteneqro)


İlk raundun püşkatmasının ardınca növbəti mərhələnin cütləri bəlli olub. Bu mərasim 2 hissədən ibarət olub.

Çempionlar yolunda 16 cütlük və mübarizəyə birbaşa qatılan 4 komanda yer alıb. Bunlar BATE (Belarus), "Dinamo” (Xorvatiya), "Midtulland” (Şotlandiya) və ÇFR (Rumıniya) klublarıdı. Onlar ümumilikdə 10 cütlük təşkil edib.

"Qarabağ” ilk mərhələdə "Olimpiya” səddini keçə bilsə, II mərhələdə "Kukesi” (Albaniya) - "Valletta” (Malta) cütünün qalibi ilə qarşılaşacaq.

Liqa yolunda isə mübarizəyə 4 komanda qoşulacaq. Onlar da öz növbəsində iki cütlük təşkil edib.

II təsnifat mərhələsinin ilk oyunları iyulun 24-25-də, cavab matçları iyulun 31-də və avqustun 1-də baş tutacaq.

Çempionlar yolu

Kukesi (Albaniya) - Valletta (Malta) cütünün qalibi / Olimpiya (Sloveniya) - Qarabağ (Azərbaycan) cütünün qalibi
Astana (Qazaxıstan) - Sutyeska (Monteneqro) cütünün qalibi / Midtulland (Danimarka)
Ludoqorets (Bolqarıstan) - Kruzaders (Şimali İrlandiya) cütünün qalibi / Düdelanj (Lüksemburq) - Videoton (Macarıstan) cütünün qalibi
ÇFR (Rumıniya) / İlkin mərhələnin qalibi - Malmö (İsveç) cütünün qalibi
Dinamo (Zaqreb, Xorvatiya) / Flora (Estoniya) - Hapoel (Beyer-Şeva, İsrail) cütünün qalibi
Spartak (Latviya) - Srvena Zvezda (Serbiya) cütünün qalibi / Suduva (Litva) - APOEL (Kipr) cütünün qalibi
BATE (Belarus) / HİK (Finlandiya) - Vikinqur (Farer adaları) cütünün qalibi
Şkendiya (Makedoniya) - TNS (Uels) cütünün qalibi / Torpedo (Kutaisi, Gürcüstan) - Şerif (Moldova) cütünün qalibi
Kork Siti (İrlandiya) - Legiya (Polşa) cütünün qalibi / Spartak (Slovakiya) - Zrinski (Bosniya və Herseqovina) cütünün qalibi
Alaşkert (Ermənistan) - Seltik (Şotlandiya) cütünün qalibi / Valyur (İslandiya) - Rusenborq (Norveç) cütünün qalibi

Liqa yolu

PAOK (Yunanıstan) - Bazel (İsveçrə)
Ayaks (Hollandiya) - Şturm (Avstriya)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26