Interposta.Info

Sabah ÇL-in püşkü atılır: "Qarabağ" üçün son 5 rəqib

İdman
 18-06-2018, 23:54     10 473

Sabah Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

UEFA artıq klubları qruplara bölüb.

Azərbaycan çempionu "Qarabağ” peşk zamanı "səpələnmişlər" səbətində yer alacaq. Ağdam klubunun potensial rəqiblərinin sayı 16-dan 5-ə enib. Qurban Qurbanovun yetirmələrinin bəxtinə püşk "Şkendiya” (Makedoniya), "Düdelanj” (Lüksemburq), "Olimpiya” (Sloveniya), "Suduva” (Litva) və ya "Torpedo”nu (Kutaisi, Gürcüstan) çıxaracaq.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək./qaynarinfo

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26