Interposta.Info

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək

İdman
 18-06-2019, 10:42     10 420

Bu gün Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.

Püşkatma qurumun İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunacaq və Bakı vaxtı ilə saat 16.30-da başlayacaq.

Ağdam təmsilçisi təsnifat mərhələsində səpələnmişlər səbətində yer alıb. Mümkün rəqiblər isə "Valletta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya) və "Saburtalo" (Gürcüstan) klublarıdır.

Çempionlar Liqası
I təsnifat mərhələsi

I qrup
Səpələnmişlər: "Astana" (Qazaxıstan), "Ludoqorets" (Bolqarıstan), "Srvena Zvezda" (Serbiya), "Şkendiya" (Makedoniya), AIK (İsveç)
Səpələnməmişlər: "Suduva" (Litva), "Ferensvaroş" (Macarstan), ÇFR (Kluj, Rumıniya), "Nomme Kalyu" (Estoniya), "Ararat" (Ermənistan)

II qrup
Səpələnmişlər: "Seltik" (Şotlandiya), "Qarabağ" (Azərbaycan), "Şerif" (Moldova), "Düdelanj" (Lüksemburq), "Slovan" (Slovakiya),
Səpələnməmişlər: "Valletta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Saburtalo" (Gürcüstan)

III qrup
Səpələnmişlər: BATE (Belarus), "Maribor" (Sloveniya), "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya), TNS (Uels)
Səpələnməmişlər: "Pyast" (Polşa), "Valyur" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "HB Torshavn" (Farer adaları), "Riqa" (Latviya), ilkin mərhələnin qalibi

Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26