Interposta.Info

Hansı klublar Çempionlar Liqasına vəsiqə alıb?

İdman
 2-05-2018, 18:08     10 470

2018-2019 mövsümündə UEFA Çempionlar Liqasında yarışacaq bəzi klublar məlumdur. Novator.az-ın məlumatına görə, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İngiltərənin “Mançester Siti”, “Mançester Yunayted”, İtaliyanın “Yuventus”, “Napoli”, Almaniyanın “Bavariya”, Fransanın PSJ komandalarının turnirə qrupdan başlaması dəqiqləşib.

Yuxarı təsnifat mərhələlərində “Ayaks”, PSV (Hollandiya), PAOK, AEK (Yunanıstan), “Bazel” , “Yanq Boyz” (İsveçrə), “Zalsburq” (Avstriya) komandalarının təmsil olunacağı bəllidir.

“Lokomotiv” (Moskva, Rusiya), “Portu” (Portuqaliya), “Şaxtyor”, “Dinamo” (Ukrayna) komandaları da Çempionlar Liqasına vəsiqə alıb.

Ən aşağıdan – ilkin təsnifatdan start verəcək komandalardan hələlik 1-i məlumdur: San Marino çempionu “Santa Koloma”.

Azərbaycanın “Qarabağ” komandası turnirə 1-ci mərhələdən başlayacaq. “Qarabağ” həmin mərhələnin güclülər səbətində yer alır və onun bəzi potensial rəqibləri məlumdur: “Vikinqur” (Farer adaları), “Kruzeyders” (Şimali İrlandiya), “Sutyeska” (Monteneqro), “Suduva” (Litva), “Kork Siti” (İrlandiya), “Spartaks” (Latviya), “Valyur” (İslandiya), “Flora” (Estoniya), “Torpedo” (Gürcüstan).

“Şkendiya” (Makedoniya), “Valletta” (Malta) komandaları da potensial rəqiblər sırasında ola bilər.

Ağdam klubu ilə eyni səbətdə “Ludoqorets” (Bolqarıstan), “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), BATE (Belarus), “Şerif” (Moldova), “Malmö” (İsveç), “Srvena Zvezda” (Serbiya), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Nyu Sents” (Uels) komandaları var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26