Interposta.Info

"Real"dan PSJ-yə 3 qol, "Liverpul"dan darmadağın

İdman
 15-02-2018, 09:25     9 755

Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları davam etdirilib. Qaynarinfo xəbər verir ki, bu gecə daha iki oyun baş tutub.

Günün əsas qarşılaşması Madrilə baş tutub. Turrin son qalibi və Çempionlar Liqasını ən çox qazanmış komanda olan (12 dəfə) "Real" Neymarlı PSJ-ni qəbul edib. Kriştiano Ronaldonun 2 qol vurduğu, Marko Asensionun 2 məhsuldar ötürmə etdiyi oyunda ispanlar 3:1 hesablı qələbə qazanıb.

Gecənin digər oyununda "Liverpul" "Portu"nun qonağı olub. İngiltərə təmsilçisi 5 cavabsız qol vuraraq cütün taleyini ilk oyunda həll edib.

Qeyd edək ki, dünən 1/8 finalın iki oyunu keçirilib. "Mançester Siti" (İngiltərə) səfərdə "Bazel"i (İsveçrə) 4:0 hesabı ilə yenib, "Yuventus" (İtaliya) isə evdə "Tottenhem"lə (İngiltərə) "sülh" bağlaylb - 2:2. Gələn həftə isə daha 4 qarşılaşma keçiriləcək. Həmin oyunlarda "Çelsi" (İngiltərə) "Barselona"nı (İspaniya), "Bavariya" (Almaniya) "Beşiktaş"ı (Türkiyə), "Sevilya" (İspaniya) "Mançester Yunayted"i (İngiltərə), "Şaxtyor" (Ukrayna) isə "Roma"nı (İtaliya) qəbul edəcək.

Çempionlar Liqası
2017/18 mövsümü
1/8 final (ilk oyunlar)

14 fevral
Real (İspaniya) - PSJ (Fransa) 3:1
Qollar: Kriştiano Ronaldo, 45-pen; 83. Marselo, 86 - Adrien Rabiot, 33.
Baş hakim: Canluka Rokki (İtaliya).
Madrid. "Santyaqo Bernabeu".



Porto (Portuqaliya) - Liverpul (İngiltərə) 0:5
Qollar: Sadio Mane, 25; 53; 85. Məhəmməd Salah, 29. Roberto Firmino, 70.
Baş hakim: Daniele Orsato (İtaliya).
Portu. "Estadio do Draqao".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26